Təhsil idarəsinin əməkdaşları və məktəb direktorlarının iştirakı ilə keçirilən videokonfransda onlayn dərslərin təşkili, "Virtual məktəb" portalından istifadə qaydaları və digər məsələlər müzakirə olunub.
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər görülür. Bunlardan biri də onlayn dərslər və distant təhsildir.
Zakir Hüseynov bildirib ki, şagirdlər evdə qalsalar da təhsildən qalmamalıdırlar. Belə məqamda köməyə onlayn dərslər gəlir. Bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür. O qeyd edib ki, valideynlər də bu məsələdə diqqətli olmalı, övladlarının davamiyyətlərini nəzarətdə saxlamalı və tədrisdə irəliləyişini izləməlidirlər.
Videokonfrans iştirakçılarına "Virtual məktəb" layihəsi və ona qoşulma qaydaları barədə də məlumat verilib. Bildirib ki, hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçə bilər. Qeydiyyatdan keçən məktəbli öz yaşına uyğun sinifə təyin olunur. Bundan sonra şagirdə həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqları verilir. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə edilir.“Virtual məktəb”-ə qoşulmaq üçün www.virtual.edu.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır.
Videokonfrans zamanı təlim-tədris prosseninə aid olan digər məsələlər də müzakirə edilib.
Photogallery
