“Hörmətli cənab Prezident. Bütün dünyanı bürüyən koronavirus pandemiyası müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi”
Bu sözləri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda ifadə edib. O daha sonar yazıb: Vətəndaşlarımızı epidemiyadan qorumaq, bu bəladan daha az itki ilə qurtulmaq üçün Sizin rəhbərliyinizlə atılmış addımlar hamı kimi, biz – Gəncə ziyalıları tərəfindən də rəğbətlə qarşılanır. Sizin vaxtında verdiyiniz müdrik qərarlarınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri təqdir edir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir.
Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə daim Sizi və ailənizi qorusun”