27 aprel karantin rejiminin yumşaldılmasıyla paytaxtda sıxlıq müşahidə olunur. Vətəndaşlardan karantin rejimində küçəyə çıxma səbəblərini soruşduqda cavablar müxtəlif oldu.
Paytaxt küçələrinə baxdıqda ölkəmizdə sanki koronavirus təhlükəsinin olmadığı qənaətinə gəlmək olar. Kimisi hava almağa, kimisi alış-veriş məqsədilə, kimisi də iş həll etmək üçün çıxıb.
Millət vəkili, tanınmış cərrah Rəşad Mahmudov deyir ki, xüsusi karantin rejiminin yumşaldılması “virusa qalib gəlmişik” anlamı daşımır.
Covid-19 virusu uzun müddət davam edə bilər. Buna görə də vətəndaşların mövcud qaydalara riayət etməsi vacibdir.
Karantin rejimi yumşaldılandan sonra İctimai nəqliyyatda da sıxlıq yaranıb.
Qeyd edək ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilərək müvafiq məhdudiyyətlərin yenidən tətbiq olunacağı qaçılmaz olacaq.
Epidemiyanın yayıldığı ölkələrdəki acınacaqlı mənzərənin ölkəmizdə olmasını istəmiriksə, üzərimizə düşən öhdəlikləri maksimum dərəcədə yerinə yetirməyə çalışmalıyıq.
BAKU.WS