"Bölgələrdən sərnişindaşımada süni qiymət artımına yol verən nəqliyyat sahibləri cəzalandırılacaq".

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bunu AZTV-yə açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

O qeyd edib ki, şəhərlərarası sərnişindaşımalara icazə verildikdən sonra istər paytaxt, istərsə də bölgələrə sərnişin axını çoxalacaq.

N. Allahyarova əlavə edib ki, məhdudiyyətlər dövründə qeyri-qanuni olaraq sərnişinlərin baha qiymətə daşımalarının artacağı ehtimal edilir:

“Bildiyiniz kimi, məhdudiyyət olanda və yaxud nəqliyyat qıtlığı yarananda, sərnişin sayı çox olanda belə hallar olurdu.

Biz karantin dövründə də bu halın vüsət alacağını gözləyirdik, amma proqnoz özünü doğrultmadı”, - deyə N.Allahyarova əlavə edib.

Xatırladaq ki, martın 19-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş məhdudlaşdırılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Qərargah bildirir ki, martın 19-u saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması dayandırılıb.

 

VİDEO