Bizimaz.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq.
C.Bayramov sözlərinə əlavə edib ki, imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi ilə birlikdə yeni formatların hazırlanması üçün tədbirlər görülür:
“Növbəti mərhələlərdə seçmə üsulların tətbiq edilərək şagirdlərin dərs proqramlarından geri qalmasının qarşısının alınması nəzərdə tutulur. Bu tədbirlər nəticəsində növbəti tədbirs prosesinə tam hazır olmağı planlaşdırırıq”.
Qeyd edək ki, Azərbaycanda bütün təhsil müəssisələrində dərslər 3 martdan etibarən dayandırılıb.
istinad