Şəmkir Rayon Mərkəzi Xəstəxanasına 2018-ci ildə ayrılan vəsaitlərin icrası ilə bağlı audit zamanı qanun pozuntuları aşkarlanıb.
Bizimaz.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının 2019-cu il üzrə hesabatında deyilir.
Auditin nəticələri Baş Prokurorluğa göndərilib. Materiallar üzrə başlanılmış cinayət işləri üzrə 368 min 900 manat ziyan vurulduğu bəlli olub.
Hesabat ilində həmin maddi ziyan tam olaraq dövlət büdcəsinə ödənilib.