Xəbər lenti



Dünyanı bürüyən COVID-19 pandemiyası tədris ilinin qızğın dövrünə üst-üstə düşsə də, Azərbaycanın təhsil sistemi bu çətin vəziyyətə uyğunlaşmağı bacardı. Xüsusilə televiziya dərsləri vasitəsilə tədrisin fasiləsiz həyata keçirilməsinə dair Təhsil Nazirliyinin qərarı geniş əks-səda doğuraraq hətta Gürcüstan, Ukrayna, Böyük Britaniya kimi bir sıra xarici ölkələrin marağına səbəb oldu, hətta nümunə götürüldü. Bəli, məhz yayım formatı bütün ölkə boyu davamlı təlim-tədris prosesini təmin etmək iqtidarındadır.

 

Bundan əlavə “Virtual məktəb” adlı məsafəli tədris platformunun tətbiqi də heç şübhəsiz, ölkənin təhsil sisteminin yeni mərhələyə qədəm qoyması deməkdir. Bu layihə televiziya dərslərinə interaktiv format qazandırmaqla məsafəli tədrisin imkanlarını daha da genişləndirir.

Bütövlükdə ölkənin təhsil sistemi hərtərəfli inkişaf edir. Belə ki, son illər məktəb tikintisi geniş vüsət alıb. 2019-cu ildə Təhsil Nazirliyi bütövlükdə 84 məktəbin tikintisini və əsaslı təmirini başa çatdırıb ki, bunlardan 50-si modul tipli məktəblərdir. 2003-2019-cu illər dövründə isə ölkə boyu 3300-dək məktəb tikilib və ya əsaslı təmir edilib. Bu da mövcud məktəblərin 74 faizi deməkdir.

 

 

Son illər ərzində vətəndaşlarla əlaqəli bir çox iş mçexanizmlərinin elektron formata keçirilməsi rahatlıq, şəffaflıq, obyektivlik baxımdan xeyli irəliləyişə nail olmaq imkanı verdi. Bu gün müəllimlərin işə qəbulu, uşaqların 1-ci siniflərə, məktəbəqədər hazırlıq qruplarına qəbulu, peşə məktəblərinə qəbul işləri, şagirdlərin və tələbələrin başqa məktəbə köçürülməsi elektron formatda həyata keçirilir.

Bununla yanaşı, məktəblərdə biliklərin qiymətləndirilməsi, müəllimlərin və valideynlərin fikirləri nəzərə almaqla tədris yükü də xeyli təkmilləşdirilib. Fənn təmayüllü siniflərin sayı artırıldı. Təhsil Nazirliyinin daha da genişləndirdiyi “Məktəblinin dostu” layihəsi hazırda 70 məktəbi, “Rəqəmsal bacarıqlar” layihəsində isə 6 şəhərdəki 700-dək müəllimdən və 70 min şagirddən ibarət 123 məktəbi əhatə edir. Bu tədris ilində başlanılmış “STEAM layihəsi şagirdlərin İKT-dən istifadə qabiliyyətini artırmağa, İKT-nin ümumtəhsil məktəblərində daha geniş tətbiqinə yönəlib. Belə ki, STEAM təbiət elmlərinin, İKT-nin, mühəndisliyin, riyaziyyatın inteqrə tədrisi deməkdir.

Cari tədris ilinin mühüm nailiyyətlərindən biri də Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılmasıdır. Heç şübhəsiz, bu addım təhsil kimi taleyüklü sahənin inkişafı ilə bağlı işlərə geniş ictimaiyyəti cəlb etmək üçün mühüm əhəmiyyət daşıyır.

 

 

Həmçinin, müəllimlərin səriştəsinin artırılması istiqamətində də görülən işlər təqdirəlayiqdir. Bu məsələyə əvvəlki yazılarımızda da toxunmuşuq. Son illər ərzində müəllim olmaq istəyənlərin, müəllim kimi çalışmağa başlayanların sayı xeyli artıb. 2018-ci ildə 500-dən artıq balla ali məktəbə qəbul olunaraq müəllim peşəsini seçənlər 2090 nəfər olub ki, bu da 2013-cü ilə nisbətən 2,3 dəfə, 2017-ci ilə nisbətən isə 53,6 faiz çoxdur. 2018/2019-cu tədris ilində 4053 nəfər müəllim müddətsiz, 4500 nəfər də müqavilə əsasında işə qəbul olunub. Bu, boş müəllim yerlərinin doldurulması baxımdan son illərin ən yüksək rəqəmləridir. 2019-cu ilin müsabiqəsinə müraciət edənlərin sayı 55 mindən artıq olub. Bütövlükdə son 5 il ərzində 20 mindən artıq gənc müəllim işə qəbul edilib.

Bütün bunlar cəmiyyətdə təhsilə qarşı inam və etimadın artdığına dəlalət olub müəllimlərin əməkhaqqının artırılması, sosial müdafiəsinin və əmək şəraitinin təkmilləşdirilməsi, onların işə qəbulunun şəffaflaşdırılması istiqamətində son illər görülən işlərin nəticəsidir.

Hər bir sahə kimi təhsil də problemlərdən xali deyil. Amma əsas odur ki, islahatlar gedir və bu islahatlar da əyani nəticələr verir.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov