“Vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmək üçün öncə onlayn növbə götürsünlər. Daha sonra isə SMS icazə alsınlar. Bu, vətəndaşın vaxtını idarə etməsini asanlaşdıracaq. Çünki “ASAN” mərkəzlərinə müraciət limitli olacaq”.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.
O qeyd edib ki, gün ərzində bir mərkəz 1000 nəfərə xidmət edəcək:
“1001-ci adam artıq sabahkı günə onlayn icazə almalı olacaq”.
Ü.Mehdiyev qeyd edib ki, aprelin 27-dən “ASAN xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.