Özünütəcrid rejimi dövründə qida məhsullarına ehtiyacı olan Moskva sakinlərinə kömək üçün “LukOIL” şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu, biznesmen Yusif Ələkbərov sosial yardım şəklində 10 milyon rubl (226 194 manat) vəsait ayırıb.
Bu barədə Lenta.ru Moskvanın “Ya doma” (“Mən evdəyəm”) adlı xeyriyyə layihəsi və Moskva hökumətinin Əmək və Sosial Müdafiə Departamentinin nəzdində fəaliyyət göstərən Əlil Uşaqları və Əlil Gəncləri Tərbiyə edən Valideynlərin İctimai Şurasına istinadən məlumat yayıb.
Yardım ediləcək insanlar kateqoriyasına ilk növbədə məhdud hərəkət qabiliyyətli insanlar, çoxuşaqlı ailələr, yaşlılar və əlil uşaqları olan ailələr daxildir. İlkin zərurət məhsullarından hər bir ailə üçün 24 kiloqramlıq bağlamalar hazırlanıb. Beləliklə, dörd min ehtiyacı olan ailə yardım alacaq.
Artıq yardım almış ailələr Yusif Ələkbərova minnətdarlıqlarını bildiriblər.