Ötən gün axşam saatlarından Qubanın dağlarına qar yağmağa başlayıb.
Bizimaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yağışla başlayan yağıntı sonradan qara çevrilib.
Xınalıqda qarın hündürlüyü 3 sm-ə çatıb. Digər ucqar kəndlər olan Buduq, Zeyid Xaltan, Qrız və Haputda da qarın hündürlüyü ən azı 2-3 sm təşkil edir.
Qeyd edilir ki, qarlı hava şəraitinə baxmayaraq, yollarda problem müşahidə edilmir.
Emin Gülağaoğlu