Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan  bildirilib.

Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 108.221 test aparılıb.