“May ayında işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün birdəfəlik ödəmə (190 manat), əsasən, bank xidmətləri vasitəsilə həyata keçiriləcək ”.
Bizimaz.az bildirir ki, bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, hazırda ölkədə fəaliyyət göstərən banklarla danışıqlar aparılıb:
“Vəsait ödəniləcək şəxslərə bank hesabları açılacaq və pul köçürüləcək. Banklarla danışıqlar davam edir. Şərtlərin müzakirəsi tam yekunlaşmayıb. Prezident İlham Əliyev göstəriş verib ki, vətəndaşlara müavinət nağdsız, rahat şəkildə verilsin. May ayında, əsasən, bank xidmətləri vasitəsilə həyata keçiriləcək”.
“Bank hesabları pulsuz açılacaq”, - deyə nazir müavini qeyd edib.
istinad