Bu gündən etibarən “www.evegedirem.info” portalı fəaliyyətə başlayır.
Bizimaz.az xəbər verir ki, bu portalda xaricdə yaşayan həmvətənlərimiz onlayn qeydiyyata düşmək imkanı əldə edəcək.
Beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsullaqlarına müraciətləri tezləşəcək. Onların vətənə qayıdış prosedurlarına köməklik göstəriləcək. Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcək!
Saytda qeydiyyata düşmək üçün vətəndaşlarımız internet səhifəsinə daxil olmalı, burada əks olunmuş xanaları doldurmalıdırlar.
Saytda qeydiyyatdan keçən hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq. Həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək. Eləcə də vətəndaşların sərhəd-keçid mənqətələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcək.
Müraciət edən şəxsin geri dönüş üçün müəyyən olunan tarix və keçid məntəqələri barədə məlumat portal vasitəsi ilə, mobil telefona sms göndərilməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildiriləcək.
Vətəndaşların Azərbaycana qayıdış tarixləri karantin rejiminin şərtlərinə uyğun tənzimlənəcək. Ölkəyə qayıdan hər bir şəxs karantində yerləşdiriləcək.
Portal bu gün Moskva vaxtı ilə saat 10:00-dan etibarən fəaliyyətə başlayacaq.
www.evegedirem.info portalında qeydiyyat 18 aprel 2020-ci il (Moskva vaxtı ilə) saat 10:00-dan etibarən 23 aprel 2020-ci il saat 00:00-dək aparılacaq.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Leyla Abdullayeva portalla bağlı AzTV-də geniş məlumat verib.