Bu gün ölkədə tətbiq olunan müalicə protokolları dünya təcrübəsinə əsaslanır. TƏBİB mart ayında Türkiyə Səhiyyə Nazirliyi ilə müzakirələr aparıb.
Bizimaz.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında deyib.
"Xəstələrin sayı məlumdur. Biz bunu şəffaf şəkildə açıqlayırıq. Xəstə sayları real rəqəmlərdir. Ümid edirik ki, müalicə tədbirləri nəticəsində sağalmalarda artım müşahidə edəcəyik", - o bildirib.