Xəbər lenti

 

Son onilliklərdə iqlim dəyişiklikləri fonunda istiləşmə tendensiyasının üstünlüyünə baxmayaraq, ayrı-ayrı illərdə fərqli proseslər müşahidə edilir. Aprel ayının birinci yarısında dağətəyi rayonlarda ilin bu vaxtı üçün nadir hadisə olan qar qeydə alınıb. Havanın temperaturu isə orta hesabla iqlim normasından 1,5 dərəcə aşağıdır.

 

Bizimaz.az havaların qeyri-sabit keçməsi ilə bağlı yaranan suallara aydınlıq gətirmək üçün tarixi məlumatlara nəzər salıb.

İlk olaraq, son onilliyin təhlili göstərir ki, 2011-ci ildən başlayaraq beş dəfə havanın temperaturu normadan dörd dərəcəyədək yüksək, üç dəfə 1,4 dərəcə aşağı, iki dəfə isə norma daxilində olub. Yüzillik dövr üzrə isə ən anomal soyuq keçən aprel ayı 1954-cü və 1987-ci illərdə müşahidə edilib - havanın orta aylıq temperaturu doqquz dərəcəyə enib.

Çoxillik meteoroloji müşahidələrə görə, Bakı şəhəri üçün aprel ayında ən yüksək temperatur göstəricisi 32 dərəcə isti, ən aşağı temperatur isə 0,4 dərəcə şaxtadır. Bununla da, sərhəd göstəricilər arasında fərq 30 dərəcədən çoxdur. Apreli iqlim xüsusiyyətlərinə görə ilin ən rəngarəng və sürpizlərlə zəngin aylarından biri kimi səciyyələndirmək olar.

Milli hidrometeorologiya xidmətinin məlumatına əsasən, keçən əsrin sonunda - 1998-ci ildə  aprelin 14-də və 24-də havanın temperaturu rekord həddə çataraq, Abşeron yarımadasında 35 dərəcəyədək, Naxçıvan MR-da və ayrı-ayrı aran rayonlarında 36-38 dərəcəyədək yüksəlib. 2012-ci il aprelin 10-da Bakıda 1998-ci ilin sutkalıq rekord göstəricisi təkrarlanıb, yenidən 32° isti olub.  

Aprel ayında ən soyuq hava 1911-ci il aprelin 1-də qeydə alınıb. Həmin gün Bakıda havanın minimal temperaturu 0,4° şaxta olub.

Adətən, aprelin 20-dən sonra yağışlar leysan xarakterli olur və tez-tez şimşəklə müşayət edilir.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov