Strateji Tədqiqatlar Mərkəzinin Azərbaycanda koronavirusla bağlı keçirdiyi genişmiqyaslı sorğu maraqlı nəticələrlə yadda qalıb.
Bizimaz.az xəbər verir ki, sorğunun nəticələrinə əsasən, Azərbaycanda qadınlar kişilərə nisbətən virusa yoluxmaqdan daha az qorxur.
51 yaşdan yuxarı olanların qorxu dərəcəsi digər yaş qruplarına nisbətdə daha aşağı, orta yaş qruplarında isə daha çoxdur.
Məşğuliyyət cəhətdən isə fərdi əmək fəaliyyəti ilə məşğul olanların qorxusu daha yüksək, evdar qadınlar və özəl sektorda işləyənlərdə isə daha azdır.
istinad