2020-ci ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb. Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,4 təşkil edib.
Bizimaz.az xəbər verir ki, doğulan körpələrin 336-sı əkiz, altısı isə üçəm olub.
2020-ci ilin yanvar ayı ərzində ölkədə 5177 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.
Ümumilikdə, Azərbaycan üzrə əhalinin sayı 2020-ci ilin əvvəlindən 6130 nəfər və ya 0,1 faiz artaraq, 2020-ci il fevral ayının 1-i vəziyyətinə 10 073 238 nəfərə çatıb.