Ötən gündən başlayan güclü külək Bakıda üç ağacı aşıb.
Bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, səkkiz ağacın budaqları sınıb:
“Ağacların budaqlarının sınması halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında daha çox müşahidə olunub”.
O qeyd edib ki, hazırda birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
“Həm külək, həm də yağış müşahidə olunur. Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında saxlamasınlar”.