Xəbər lenti


 

İsmayıl Vəliyev həm də at həvəskarı imiş...
 
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət faktı ilə həbs edilən Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev haqda yeni məlumatlar əldə etmişik. “Yeni Müsavat”a verilən xəbərə görə, İ.Vəliyev hind və Qarabağ atları da saxlayırmış. Bildirilir ki, İ.Vəliyev hind atları, o cümlədən xüsusi olaraq 4 cins Qarabağ atını Neftçalaya gətirdibmiş.
 
İddialara görə, sabiq başçı at həvəskarı olub və cins heyvanlar gətirdib. Onları bir xanım bəsləyirmiş. Lakin Neftçalanın keçmiş şefinin tutulmasından sonra həm hind, həm Qarabağ atları başqasına verilib ki, saxlanılsın.
 
İ.Vəliyevin atların alınmasına və bəslənməsinə yaxşı pul xərclədiyi xəbər verilir. Keçmiş İH rəhbərinin eşşək fermasının olduğu, rayonun Xol kəndi ərazisində yerləşdiyi barədə də mediada xəbərlər tirajlanıb. Eşşək ferması Xol kəndi ərazisindədir. Onun 60 baş eşşəyi var imiş və yalnız südü satılırmış. Eşşəklər həm Neftçala, həm də digər rayonlardan alınıb.
 
Onun 60 baş eşşəyi ile ilgili görsel sonucu
Ümumiyyətlə, İ.Vəliyev bu rayonda böyük biznes şəbəkəsi qurubmuş. Hətta Neftçaladan Bakıya işləyən mikroavtobuslardan da xərac yığırmış. Mikroavtobusların sürücülərindən hər sərnişinə görə 1 manat alınırmış. Bütün pullar da başçıya gedirmiş. Əvvəllər həmin avtobuslar rayon avtovağzalından hərəkət edirdilər. Sonra icra başçısı özünə bazar tikdirib və marşrutları orada dayanmağa məcbur edib.
 
Həbs edilən icra başçısı ile ilgili görsel sonucu
Rayondakı “Yurdum” restoranı da Vəliyevə məxsusdur. Bundan əlavə, rayon sakinlərinə məxsus 1000 hektarlarla torpaq sahələrini özəlləşdirib. Həmin ərazilərdə müxtəlif növ taxıl bitkiləri əkilir. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodunu da Vəliyev özəlləşdirib.
 
Rayona xeyli sayda ağır texnikalar, yük maşınları, təsərrüfat sahələrində istifadə olunan traktorlar gətirərək, onları icarəyə verib. Hətta balıq ovlamaq üçün qayıqlar, su motorları və bu sahəyə aid müxtəlif avadanlıqları alaraq icarəyə verib.
 
Xatırladaq ki, Səbayel Rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov, rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
 
Həbs edilən icra başçısı qarabağ atı ile ilgili görsel sonucu
Toplanılmış materiallarla rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
 
Həmçinin İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov,  memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
 
İsmayıl Vəliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
 
İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.
 

 

 moderator.az
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov