Biləsuvar keçid məntəqəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən səyyar çadırlar quraşdırılıb.
Bizimaz.az xəbər verir ki, burada mobil hospitallar var, eləcə də vətəndaşların karantinə götürülməsi üçün xüsusi çadır şəhərciyi yaradılıb.
Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və digər qurumların rəsmiləri məntəqələrə baxış keçirirlər. Burada yaradılan vəziyyətlə tanış olurlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin yanında koronavirusla bağlı aidiyyətli dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət yaradılan qərargahın "qaynar xətt"i fəaliyyətə başlayıb.
Hazırda əhalinin məlumatlandırılması və əsassız dezinformasiyaların qarşısının alınması məqsədilə qərargahın +994 12 492 41 61, +994 12 492 75 54, +994 12 505 03 30, +994 12 505 13 33 nömrəli qaynar xətləri fəaliyyət göstərir.
istinad