Hazırda paytaxt Bakıda müşahidə olunan duman təbii metereoloji hadisədir.

 

Bizimaz.az: xəbər verir ki, bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.