Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Mərkəzə daha iki nəfər gətirilib.

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı:

Kliniki Tibbi Mərkəzdən Səhiyyə Nazirliyinə verilən məlumata görə, fevralın 24-ü yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.
Onlar 1995 və 1998-ci il təvəllüdlü İran və Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilənlər İranın xəstəlik alovlanmayan ərazisindən gəliblər. Xəstə insanlarla heç bir kontaktları olmayıb. Ölkə ərazisinə daxil olan zaman hərarətləri normadan bir az yüksək olub. Yolxucu xəstəliklər şöbəsindən verilən məlumata görə hal-hazırda hər iki şəxsin bədənini hərarəti normaya uyğundur.

Səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

istinad