Bakı-Alanya marşrutu üzrə uçan sərnişin təyyarəsi Ankarada məcburi eniş edib.
Bizimaz.az: "Buta Airways" aviaşirkətindən BAKU.WS-ə verilən məlumata görə, Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.
Reys Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.