Bakı şəhəri üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu zamanı bəzi ailələr imtiyaz qruplarına daxil ediləcəklər.
Bizimaz.az: BAKU.WS-in əldə etdiyi məlumata görə, yaxın günlərdə elektron qəbul sistemi işə düşdükdən sonra uşaqların bağçalara qəbulu zamanı bəzi ailələrin uşaqları, imtiyazları təsdiq olunduğu halda, bağçalara ilk növbədə qəbul olunacaqlar.
Bunların sırasına şəhidlərin, Qarabağ müharibəsi iştirakçıları və əlillərinin, tək işləyən valideynlərin, 1-ci və 2-ci qrup əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan şəxslərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrin uşaqları və qəyyumluqda olan uşaqlar daxildir.
Qeyd edək ki, elektron qəbul sayəsində bağçalara uşaqların qəbul prosesinin şəffaflığını və keyfiyyətini təkmilləşdirmək, həmçinin bütün uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsil almaq hüququnu təmin etmək nəzərdə tutulur.
Bağçalara elektron qəbul Azərbaycanda ilk dəfə həyata keçiriləcək. Bundan öncə isə 1-ci siniflərə qəbulun elektron qaydada həyata keçirilməsi başlanılıb.