Xəbər lenti



Təhsil Nazirliyi müəllimin sosial şəbəkələrdə yayılan müraciətinə aydınlıq gətirib.

 

Bizimaz.az: Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qasımov Elnur Ağaxan oğlu 13.09.2011-ci ildə öz razılığına əsasən, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbinə ingilis dili müəllimi təyin edilib.

Qaydalara müvafiq olaraq, E.Qasımova 15.09.2011-ci ildə beş il müddətində ilkin yaşayış şəraitinin yaxşılaşdırılması, kirayə haqqının ödənilməsi və sair xərclər üçün əməkhaqqına kompensasiya və əlavələr ödənilib. 

E.Qasımov 2015-ci ildə keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında iştirak edərək, mümkün 60 baldan cəmi 37 bal (ixtisas üzrə 23 bal, metodika üzrə 14 bal) toplayıb.

Hazırda o, Cəlilabad rayonu Sərxanlı kənd ümumi orta məktəbində ingilis dili fənni üzrə 23 dərs saatı ilə təmin edilib. 

Məlum olduğu kimi, 2014-ci ildən başlayaraq, respublika üzrə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışan müəllimlərin iş yerlərinin digər ümumi təhsil müəssisəsinə dəyişdirilməsi hər ilin iyun ayında (tədris ilinin sonunda) mərkəzləşmiş elektron qaydada müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə zamanı müəllimlərin iş yerinin dəyişdirilməsi onların qiymətləndirmə nəticələrinə (yəni, bilik və bacarıq imtahanında qazandıqları ballara) uyğun olaraq aparılır.

Buna müvafiq olaraq, Biləsuvar rayonu üzrə ingilis dili fənnindən 2018-2019-cu tədris ili üçün keçirilmiş müsabiqə zamanı beş vakant yer, 2019-2020-ci tədris ili üçün müsabiqə zamanı isə əlavə olaraq səkkiz vakant yer elan edilib, vakant yerlərə isə müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində təyinat aparılıb.

Belə ki, Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbə 53 bal toplamış namizəd, Biləsuvar şəhər N.Nərimanov adına 6 nömrəli tam orta məktəbə 50 bal toplamış namizəd, Xırmandalı kənd C.Məhərrəmov adına 1 nömrəli tam orta məktəbə 47 bal toplamış namizəd, Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbə isə 43 ballı namizəd və digərləri yerləşdirilib.

E.Qasımov 2019-cu ilin oktyabr və dekabr aylarında Biləsuvar Rayon Təhsil Şöbəsinin müdirinin qəbulunda olub, ona müəllimlərin yerdəyişmə qaydaları dəfələrlə izah edilib. 

Bununla belə, E.Qasımov 2018-2019-cu və 2019-2020-ci tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu və yerdəyişmə müsabiqələrində iştirak etməyib. Həmçinin, qeyd edək ki, E.Qasımov tərəfindən Təhsil Nazirliyinə rəsmi müraciət olunmayıb.

E.Qasımova 2020-ci ildə keçiriləcək növbəti müəllimlərin iş yerinin dəyişdirilməsi (iyun) və ya daha yüksək bal toplamaq üçün işə qəbulu müsabiqəsində iştirak etmək tövsiyə edilib.

Qeyd edək ki, Biləsuvar rayon Nəsimi kənd sakini Elnur Qasımov sosial şəbəkə vasitəsilə Təhsil naziri Ceyhun Bayramova müraciət edib. O bildirib ki, 2011 ci ildən nazirliynin xətti ilə Cəlilabad rayon Sərxanlı kəndində ingilis dili müəllimi işləyir və hər gün dörd nəqliyyat vasitəsi istifadə edərək, dərs demək üçün Biləsuvar rayon Nəsimi kəndindən Cəlilabad rayon Sərxanlı kəndinə gedir. 

 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov