Azərbaycan Turizm Agentlikləri Assosiasiyası yanvarın 22-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə avia biletlər satma hüququ olan Gürcüstanın “İnterco Travel” şirkətinin səlahiyyətlərinin Ermənistanın “Anriva Tour” şirkətinə keçiməsini əsas götürərək vətəndaşalara və turizm şirkətlərinə yeni alternativ yol təklif edir.
Bizimaz.az: Bununla bağlı Oxu.Az-a Assosasiyadan məlumat verilib.
“Assosiasiya olaraq bildiririk ki mart ayının 21-dən etibarən Misirin Şarm El Şeyx şəhərinə Azərbaycan Hava Yolları tərəfindən birbaşa uçuşlar həyata keçiriləcək.
Azərbaycan vətəndaşları üçün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla bütün lazımi şərait yaradılacaq.
Yaxın günlərdə bütün təşkilati məsələləri öz üzərinə götürəcək turoperator haqqında ətraflı məlumat veriləcək.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara və turizm şirkətlərinə “Anriva Tour” şirkətinə alternativ olaraq məhz bu marşurutdan istifadəsini tövsiyə edir”, - məlumatda qeyd edilib.