Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətində irəliləyişlər var.
Bizimaz.az: Axar.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda “City Hospital”ın reanimasiya şöbəsində yatan Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun durumu ilə bağlı qeyd edib.
“İsgəndər Həmidovun səhhətində müəyyən irəliləyişlər qeyd olunsa da, vəziyyəti ağır olaraq qalmaqdadır. İrəliləyişlər udma refleksinin peyda olması, ağrı qıcıqlarına zəif reaksiyanın yaranması, intubasion boru ilə sedasiyasız tənəffüsü, leykosit sayının azalması hesab edilə bilər. Lakin arterial təzyiq hələlik inotrop dəstəklə saxlanılır”, - A.Qeybulla bildirib.
Qeyd edək ki, İ.Həmidov 24 yanvarda komaya düşüb. Hazırda o süni tənəffüs aparatına qoşuludur.