Növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Media və İnformasiya Agentliyinin sayt üzərindən keçirdiyi sorğuya əsasən qalib olan namizədlər mükafatlandırıldı.Qeyd edək ki, 93 saylı Bərdə seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən şəxslər arasında aparılan sorğunun qalibi Xəyalə Əhmədovadır. Əhmədova Xəyalə Yusif qızı Azərbaycan Media və İnformasiya Agentliyinin rəhbəri Nicat Ocaqlı tərəfindən diplomla təltif olundu.
Xəyalə xanıma parlament seçkilərində uğurlar arzu edirik!