Xəbər lenti

“Mən sənin ayağa qalxmağını istəyirəm, cənab general! Əzrail olsa belə, təslim olma! Ömrümdə birinci dəfədi deyirəm, inad elə İsgəndər Həmidov”.
 
Bizimaz.az: Turkustan.info xəbər verir ki, bunu sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı olğlu Şəhriyar Məcidzadə yazıb.
 
O, gənclik illərinin atasının və əmisinin ağrıları altında keçdiyini deyib:
 
“Mənim taleyim belə gətirib. Uşaqlıqda güllə səsləri altında oynamışam, yeniyetməlikdə atamın və əmimin həbsxana və məhkəmələri qarşısında oxumuşam, gəncliyimdə isə atamın və əmimin ağrılarına gülümsəyib, heç kimə bəlli etməməyinə şahid olmuşam. Mən onları ədalətsiz istintaq müddətlərində, ədalətsiz məhkəmə proseslərində də elə görmüşəm, son mənzilə doğru gedəndə də. Heç kimə bəlli etmədən ağrını, acını yaşayıb, hamını arxayın salıb sonra ölümə doğru yürüdülər… Bax belə dimdik!
 
Necə bir taledir ilahi? 2016-cı ilin fevralında atamı görmüşəm. 2020-ci ilin fevralında isə əmim ağır durumdadır. Mən çox üşümüşəm soyuqda. Atam həbs olunub evimizdə axtarış aparılan gündə çox soyuq idi. Evə buraxmamışdılar məni… Əmim həbs olunan günü çox soyuq idi… Atamın vəziyyəti ağırlaşdığı gündə çox soyuq idi və dünəndə çox soyuq idi. Bu başqa günlərdə olan soyuqlardan çox başqadır. Fevral soyuğudur. Adamı elə bil daxildən tutur. Mən sənin ayağa qalxmağını istəyirəm, cənab general! Əzrail olsa belə, təslim olma! Ömrümdə birinci dəfədi deyirəm inad elə, İsgəndər Həmidov!
 
Ona böhtan atanlara, atamın xidmətlərini oğurlayanlara, özünü Tərtər batalyonunun komandiri elan edənlərə və bu hadisələri görüb susqunluqla üstündən keçənlərə deyirəm, İsgəndər Həmidovun vəziyyəti ağırdır. O, daha ona böhtan atanların üzünə gülümsünməsiylə onları aldada bilməyəcək”.  /Qaynarinfo/
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov