Rusiyanın Tümen vilayətindən ötən il ərzində 32 qanunsuz miqrant deportasiya edilib.
Vsluh.ru-nun xəbərinə görə, deportasiya olunanlar müxtəlif ölkələrin vətəndaşlarıdır.
Onların arasında altı Azərbaycan vətəndaşının olduğu bildirilir. Bu miqrantların ölkə ərazisində yaşama və iş patenti icazəsi olmayıb.
Onlar vilayət məhkəməsinin qərarı ilə ölkə ərazisindən çıxarılaraq ölkələrinə deportasiya ediliblər.