Xəbər lenti

 

“Bu il yumşaq qış müşahidə edilməkdədir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır”.

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, çoxillik normaya əsasən, Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı altı gündür:

“Lakin bu qış hələlik şaxta qeydə alınmayıb, yalnız yanvarın 25-də havanın temperaturu 0 dərəcəyə yaxınlaşıb”. 

O qeyd edib ki, 2020-ci ilin yanvar ayında orta aylıq temperatur iqlim normasından 1,6 dərəcə yüksək olub:

“Ən isti gün yanvarın 23-də olub və havanın temperaturu müsbət 12,3 dərəcəyədək yüksəlib, lakın rekord göstərici qeydə alınmayıb. Çünki Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvarın 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22,3 dərəcə olub.

Yağıntılara gəldikdə, yağıntıların miqdarı dekabr ayı ilə müqayisədə, bir qədər artıb, lakin daha çox yağış yağıb.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 102-179, Yuxarı-Qarabağ zonasında 30-38, Qazax-Gəncə zonasında 17-33, Ağdamda 85, Lənkəran-Astara zonasında 88-181, Neftçalada 221, Quba, Qusar, Qırız, Xaçmaz zonasında 74-90, Qubada 150, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Qırız rayonlarında 25-89, Mərəzədə 112, Mərkəzi-Aran rayonlarında 32-89, Beyləqanda 113 faiz təşkil edib.

Son 15 il ərzində havanın orta aylıq temperaturu (2004, 2005, 2007, 2010, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018) 11 il iqlim normasından yüksək olub.

Havanın orta aylıq temperaturu (2006, 2008, 2009, 2012) dörd il iqlim normasından aşağı olub.
Fevralda havanın orta aylıq temperaturu (2005, 2006, 2008, 2011, 2012, 2014, 2017) 7 il iqlim normasından aşağı olub.

Havanın orta aylıq temperaturu (2004, 2009, 2010, 2013, 2016, 2018, 2019) səkkiz il iqlim normasından yüksək olub.

Son onilliklərdə fevral ayında ən soyuq gün 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi 11 dərəcəyədək aşğı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də 23.2 dərəcə isti olub.

2020-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, Respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün sonunda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir”.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov