123 saylı Kəlbəcər rayon seçki dairəsindən deputatlığa namizəd Aqil Məmmədovun təbliğat, təşviqat görüşləri davam edir.
Aqil Məmmədov bu dəfə Aşıq Şəmşir Mədəniyyət Ocağı ictimai birliyində Qarabağ əlilləri, veteranları ilə görüşü olub.
Görüşdə Aqil Məmmədov Qarabağ əlillərini, veteranlarını salamlayaraq bildirib ki, Qarabağ əlilləri və veteranları hər zaman diqqət mərkəzində olub , onlara hörmət və ehtiramla yanaşılıb.O bildirib ki, hər bir Azərbaycan vətəndaşı sizlərə hörmətlə yanaşmalıdır. Çünki sizlər bu haqqı qanınızla, canınızla, torpaqlarımızın yağı düşməndən müdafiəsi zamanı göstərdiyiniz qəhrəmanlıqla qazanmısınız.. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açan Aqil Məmmədov bildirib ki, bu qəbildən olan bütün vətəndaşlarımız hərtərəfli dövlətin qayğısıyla əhatə olunmuşdur.
Qarşıdan 9 fevral 2020-ci il tarixində ölkəmizdə növbəti parlament seçkilərinin gəlişini vurğulayan Aqil Məmmədov təbliğat və təşviqat kampaniyası çərçivəsində şəhid ailələri ilə görüşdüyünü və onlardan xeyir-dua aldığını qeyd edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, əgər seçiciləri ona etimad göstərib millət vəkili seçəllərsə Qarabağ əlillərinin və veteranlarının, şəhid ailələrinin, Çernobıl əlillərinin, ümumiyyətlə, bu kateqoriyadan olan insanları daim diqqətində saxlayacaq, qarşıya çıxacaq problemlərinin həlli üçün əlindən gələni əsirgəməyəcəkdir.
Təbirdə çıxış edən Qarabağ əlilləri və veteranlar görüşdən məmnunluq hissi duyduqlarını, onlara göstərilən diqqətə görə hər zaman Ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini və onun sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər və bütün kəlbəcərliləri Aqil Məmmədova səs verməyə çağırıblar.