Ölkə ərazisində toz-dumanı müşahidə olunur.
Bizimaz.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 31 yanvar 2020-ci il tarixində gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.
Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.
Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.
Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.