2019-cu ildə Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Bizimaz.az: Oxu.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə ölkədə 58 min 317 nikah bağlanıb.
Bu isə 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ilə ölkə üzrə 56 min 888 nikah qeydə alınıb.
2019-cu ildə Azərbaycanda boşanmaların sayında da artım olub. Ötən il ölkədə 15 min 635 boşanma qeydə alınıb. Bu isə 2018-ci illə müqayisədə çoxdur.
2018-ci ildə Azərbaycanda 13 min 655 boşanma olub.