Təhsil Nazirliyinin əməkdaşları qəzaya düşən məktəblilərə baş çəkib.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook" hesabında məlumat paylaşıb.

O bildirib ki, yanvarın 23-də məktəbə gedərkən minik avtomobili vuran Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri Alsu Səbzəliyeva və Fidan Orucova ziyarət edilib:

"Onların hər ikisi ağır bədən xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda isə müalicələrini "Baku City Hospital"da davam etdirirlər. Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığı ilə şagirdlərimizə xəstəxanada baş çəkdik, keçmiş olsun dedik".