Xəbər lenti



2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub.

 

Bizimaz.az: BAKU.WS DİM-ə istinadən xəbər verir ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan olunmuşdu. Artıq 2020-ci ildə keçiriləcək digər imtahanların tarixləri də müəyyən olunub.

Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da, ikinci mərhələsi isə iyulun 17-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının ikinci mərhələsi 7, 14 və 21 iyun tarixlərində keçiriləcəkdir.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi isə 5 iyulda keçiriləcəkdir.

XI siniflər üzrə buraxılış imtahanları  5, 12 və 19 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 26-da keçiriləcək.

Ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 11-də, II və III ixtisas qrupları üzrə isə mayın 17-də keçiriləcək. İkinci imtahan (yay imtahanı) isə I və IV ixtisas qrupları üzrə iyunun 28-də, II və III ixtisas qrupları üzrə iyulun 10-da keçiriləcək.

İmtahanların qrafiki Mərkəzin saytının “təqvim” bölməsinə də əlavə ediləcəkdir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov