20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq paytaxtın prospektlərində, bəzi yollarada məhdudiyyətlər olacaq.
BŞDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov REAL-ın birbaşa efirində ətraflı məlumat verib.
"Paytaxtın Parlamet prospekti Şəhidlər Xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Şəhidlər Xiyabanı istiqamətində Mehdi Hüseyn küçəsi 1, yəni teleteatr inzibati binası yanından, həmçinin İzzət Nəbiyev Abbasqulu Abbaszadə küçələri kısişməsindən, eləcə də Mikayıl Müşfiq, Hüseyn Cavid, həmçinin Mikayıl Müşfiq dairəsi Mətbuat prospekti kəsişməsindən qeyd edilən istiqamətlər üzrə isitiqamət hərəkət tam dayandırılır və istiqamət dəyişdirilir. Alternativ yol kimi sürücülər digər ərazilərdən istifadə etməlidir", - deyə Vaqif Əsədov bildirib.