“Bakıda avtobuslar üçün xüsusi hərəkət zolağının təşkili üçün 9 ünvan müəyyən edilib ki, bunlardan ikisində Yusif Səfərov və Məhəmməd Füzuli küçəsində artıq bu zolaqlar təşkil olunub”.
bizimaz.az Bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, Babək prospektində təmir başa çatandan sonra həmin ərazidə də avtobuslar üçün xüsusi hərəkət zolağının olması planlaşdırılır.
“Daha sonra Nobel, Gəncə, Xocalı prospektləri boyunca, Mikayil Üseynov küçəsi, yəni Bayraq meydanın qarşısından keçən yolda həmin zolağın olması düşünülür. Bundan başqa, xüsusi hərəkət zolağının çəkilməsi nəzərdə tutulan yollar təmir olunduqdan sonra avtobusların hərəkəti üçün zolaqlar həmin yollarda da təşkil olunacaq”, – deyə M.Ağayev əlavə edib.