Bakı Dövlət Universitetində (BDU) imtahan prosesi zamanı tələbə ilə mübahisə edən müəllimə şiddətli töhmət verilib.
Bizimaz.az: Bu barədə BDU-nun mətbuat xidmətindən Axar.az-ın soruğusuna cavab olaraq məlumat verilib.
Məlumatda universitetin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının 3-cü kurs tələbəsi Elnar Buludovla aralarında yaşanan gərginliyə görə işdən uzaqlaşdırılması haqda yayılan xəbəri təkzib edilib.
“Müəllim auditoriyadan uzaqlaşdırılıb və ona şiddətli töhmət verilib”, - məlumatda qeyd olunub
Qeyd edək ki, bundan əvvəl BDU-nun Coğrafiya fakültəsinin 3-cü kurs tələbəsi Elnar Buludov Feysbuk səhifəsində imtahan zamanı nəzarətçi ilə aralarında qalmaqal baş verdiyini yazmışdı. Tələbə fakültəninin Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd etmişdi. E.Buludov həmçinin sözügedən müəllimin davranışına görə işindən uzaqlaşdırıldığını yazmışdı.