Xəbər lenti

Magistratura pilləsinə qəbul imtahanlarının sadələşdirilməsinə ehtiyac var. Ancaq sadələşdirilmə ixtisas fənlərindən olan imtahanların ləğv edilməsi hesabına baş verməməli idi.

 

Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov magistratura pilləsinə qəbul imtahanlarının ikinci turunun ləğv edilməsini şərh edərkən deyib. Təhsil eksperti qərarın qəbul edilməsinin səbəbini magistratura üzrə plan yerlərinin dolmaması ilə əlaqələndirib:

“Müqayisə aparaq, məsələn, 2016-cı ildə magistratura pilləsinə qəbul olmaq üçün 25 min məzun sənəd verib. Bu rəqəm 2019-cu ildə 12 min olub. Azalmanın səbəbləri var:

1. Dövlət İmtahan Mərkəzi məbləği çox yüksəldib – bu rəqəm əvvəl 3 manat idisə, bu gün 110 manatdır.

2. Ali təhsil müəssisələrində təhsil haqqı yüksəkdir.

Bunlar saya təsir göstərir. Deməli, qiymətlər endirilməlidir”.

Kamran Əsədov onu da bildirib ki, bu qərar qəbul edilərkən məsələ konkret aydınlaşdırılmayıb:

“Bu qərar ölkədə ixtisaslaşmış kadrların savadsızlığına gətirib çıxaracaq. Bəli, sadələşdirilməlidir. Magistraturaya qəbul ixtisasdan və xarici dildən olmalıdır. Çünki bizə xarici dili bilən ixtisaslı kadrlar lazımdır. Amma ixtisas fənlərini ixtisar etmək yanlış addımdır”.

Təhsil eksperti magistratura üzrə sualların sayına və qabiliyyət tələb edən ixtisasların taleyinə də toxunub:

“2019-cu ilə qədər 100 test tapşırığı magistratura üzrə I mərhələdə yer alırdısa, bu il sual sayında da fərq yaranacaq – artacaq. Digər tərəfdən isə qabiliyyət tələb edən jurnalistika kimi ixtisaslar üzrə praktik olaraq esse və bu kimi qabiliyyət imtahanı veriləcək və bu da özlüyündə problem yaradacaq. Keçid ballarına təsir elə də gözlənilmir, ancaq ümumi təsirləri olacaq. Sadəcə, ilk ildə tərəddüdlər olacaq və bunu da aradan qaldırmaq üçün DİM plan yerlərini 8-dən 15-ə qaldırmalıdır. Yeni sistem formalaşana qədər bu proses davam etməlidir”.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib. Dəyişiklik magistratura imtahanının ikinci mərhələsinin ləğvi ilə bağlı olub.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov