Xəbər lenti


 

“2019-cu ildə ünvanlı sosial yardım proqramı çox geniş şəkildə, 70%-ə qədər artırılıb, ümumilikdə 296 min üzvü olan 72 min ailəni əhatə edib, ailələrə ödənişin məbləği də artaraq 209 manata bərabər olub”.

 

Bizimaz.az: Moderator.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə deyib.

 

“Bu proqramın da genişləndirilməsinə dair Sizin tapşırıqlarınız olub 2020-ci ildə də bu proqram genişləndiriləcək. Bir çox meyarlar yüngülləşdirilib. Bunun üzərində işlər mütəmadi olaraq davam edəcək və Azərbaycanda ünvanlı sosial yardım proqramının tam şəffaf, tam təkmil həyata keçirilməsi üzrə Sizin tapşırıqlarınız tam icra olunacaq.

 

Sosial təminat sahəsində, sizin ən önəmli təşəbbüslərinizdən biri şəhid ailələrinə 11 min manatlıq birdəfəlik ödənişin verilməsi idi. Bu proqram 98% icra olunub. On iki min şəhidimizin 18 min vərəsəsinə bu vəsaitlər tam şəkildə ödənildi. Yəni, hazırda 300 nəfərə yaxın şəhidimizin vərəsələri tərəfindən, sadəcə, müraciət olmayıb. Müraciət edən hər bir şəxs vəsaiti əldə etdi. Mənzil təminatı proqramı çox genişlənib. 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə 628 mənzil, 2019-cu ildə 934 mənzil təqdim edilib. Bu da əlamətdar hadisə idi, dekabrın 24-də Siz öz ad gününüzdə böyük bir binanın açılışını da etdiniz və 96 mənzil Nizami rayonunda şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Eyni zamanda, əlilliyi olan şəxslərə avtomobil təminatı proqramı davam edib və onlara 600 avtomobil təqdim edildi ki, bu da önəmli istiqamətlərdən biri idi”, - deyə o, qeyd edib.

 

Bundan başqa, nazirin sözlərinə görə, ötən il Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri tam fəaliyyətə başlayıb, Protez-Ortopedik Mərkəzin istehsalat sexi istifadəyə verilib.

 

“Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Sosial infrastruktura geniş maliyyə təminatı yaradılıb. Ötən ildən davam edən işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır.

 

Görülən bu işlərə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymət verilib. Xüsusi olaraq vurğulamaq istərdim ki, Sizin tapşırığınızla biz Beynəlxalq Sosial Təminat Agentliyi ilə müzakirələr apardıq və may ayında Azərbaycanda Avropa Sosial Forumu keçirilib. Forumda Avropa İttifaqının bütün sosial təminat və pensiya fondlarının rəhbərləri iştirak edirdi. Bu forum çərçivəsində Azərbaycanın həyata keçirdiyi dörd layihə Avropa üçün ən yaxşı təcrübə mükafatlarını əldə edib. Bunlar özünüməşğulluq layihəsi, ünvanlı sosial yardım layihəsi, əlillik proqramımız və qeyri-formal məşğulluqla mübarizə proqramımızdır”- deyə S.Babayev əlavə edib. 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov