BAKU.WS APA-ya istinadən xəbər verir ki, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb.

Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 5 sm, Qusarın Ləzə kəndində isə 8 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Qrız kəndində qeydə alınıb. Burda temperatur mənfi 11,8 dərəcəyədək enib.

BAKU.WS