Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.
Bizimaz.az:Oxu.Az-ın məlumatına görə, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.
Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.
Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub.
İlhamə Əbülfət