Biz “Yüksəliş” müsabiqəsində müsabiqənin şərtləri çərçivəsində hamını iştirak etməyə çağırırıq.
Bizimaz.az: Oxu.Az-ın məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib.
O bildirib ki, “Yüksəliş” müsabiqəsində şəffaflıq təmin olunacaq.
F.Əliyevanın sözlərinə görə, “Yüksəliş” müsabiqəsi prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsidir.
“Bu müsabiqə kadr ehtiyatı bankının yaradılmasını təmin edən açıq müsabiqədir”, - deyə F.Əliyeva əlavə edib.