Azərbaycanda beş və altı günlük iş həftəsi olan məktəblərdə dərs qrafiki məlum olub.
Təqvimdə edilən dəyişikliklərə əsasən, dekabrın 28-i və 29-nun dərs qrafiki aşağıdakı qaydada müəyyənləşib.
Beş günlük iş həftəsi olan məktəblərdə dekabrın 28-i gələn il yanvarın 3-də keçirilməsi nəzərdə tutulan dərslər keçiriləcək.
Dekabrın 29-da isə yanvarın 6-da olan dərs qrafiki tətbiq olunacaq.
Altı günlük iş həftəsi olan məktəblərdə dekabrın 29-da gələn ilin yanvarın üçündə olan dərslər keçiriləcək. Yanvarın dördü və altısında isə VIII, IX, X, XI siniflər üçün dərs günüdür.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin üç və altı yanvar iş günlərinin yeri dəyişdirilib.
istinad