"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt" mədəni-xeyriyyə layihəsi çərçivəsində 24 dekabr tarixində "Yeni il" şənliyi təşkil olunub.

 

Bizimaz.az: Bu barədə "İçərişəhər" DTMQİ Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, Qoruq İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında düzənlənən tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb.

Proqramın sonunda uşaqlara müxtəlif yeni il hədiyyələri təqdim edilib.

Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi "IstedArt" layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihədə uşaqlar "İçərişəhər" DTMQİ hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə dərs alırlar.

Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardım etməkdən ibarətdir.

BAKU.WS
QALEREYA