Xəbər verdiyimi kimi bir qrup ziyalı M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılmasıyla bağlı təşəbbüs irəli sürüb. Təşəbbüsə qoşulmuş fəal elm və mədəniyyət xadimlərindən ibarət “İctimai qrup” yaradılması qərara alınıb.
Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ev muzeyinin yaradılması üçün insanları buna dəstək olmağa çağırdı:
“Ev muzeyinin yaradılması öz evində planlaşdırılır, amma baxacağıq görək necə alınır. Başqa yerdə də bunu yarada bilərik. Mən eşitmişəm ki, siz də bizə dəstək vermək istəyirsiniz, sizin sayt nüfuzlu bir mətbu orqandır. Bu həftə bizim bununla bağlı planlarımız var və ora sizləri də dəvət edirik. Zamanın özü tələb edir ki, Rəsulzadənin ev muzeyi yaradılsın. N.Bağırzadə bununla bağlı bir təsiredici məqalə yazmışdı, Solmaz xanım və digər insanlar da bunu çox bəyənmişdi. Bundan sonra qərara gəldik ki, belə bir təşəbbüs qrupu yaradaq və məsələni ictimailəşdirək”.