Xəbər lenti

 

 

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı tədbirləri bu gün Abşeron rayonunun Saray qəsəbəsində davam etdirilib. 

 

Bizimaz.az: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumata görə, burada nazirlik tərəfindən yeni yaşayış binalarından alınan və müasir tələblərə uyğun yaşayış şəraitinə malik 27 mənzil bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.

ƏƏSMN-in Aparat rəhbəri Hidayət Abdullayev Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən birinin əhalinin həssas qruplara diqqət və qayğının artırılması olduğunu vurğulayıb. Bu istiqamətdə atılan ardıcıl addımlardan bəhs edən H.Abdullayev bildirib ki, şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət qayğısı da ildən-ilə artırılır. Cari ildə də ölkəmizdə sosial sahədə 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan inqilabi addımlar atılmaqla, eyni zamanda şəhid ailələrinə və müharibə əlillərinə yönələn sosial ödənişlərin təqribən iki dəfə artırılması təmin edilib.

H.Abdullayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramının da ildən-ilə gücləndirildiyini deyib. Bildirib ki, ötən il şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il 50 faiz çox olmaqla onlara 934 mənzil verilməsi nəzərdə tutulub və artıq böyük əksəriyyəti verilib. İndiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7235 mənzil və fərdi ev təqdim edilib. Eyni zamanda, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 265 müharibə əlilinə avtomobil verilibsə, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb və artıq 500-ə yaxın avtomobil təqdim edilib. Ümumən isə indiyədək müharibə əlillərinə 6465 minik avtomobili verilib.

Yeni mənzillə təmin olunan vətəndaşlar aparılan uğurlu islahatlardan, şəhid ailələrinə, müharibə əlillərinə daim artan dövlət qayğısından razı qaldıqlarını, onlara göstərilən yüksək qayğıya və bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

 

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov