Sosial şəbəkələrdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rayon ərazisində insanlarla görüşüb, əl öpdüyünü əks etdirən fotosu yayılıb.
Bizimaz.az: Axar.az xəbər verir ki, icra başçısının bu fotosu böyük marağa səbəb olub.
Qeyd edək ki, Yasamal rayonunun yeni icra başçısı, gənc Elşad Həsənovun 100 yaşlı sakini evində ziyarət etməsi də sosial şəbəkələrdə təqdirlə qarşılanıb.
Xatırladaq ki, ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər.
Prezident İlham Əliyevin sərəncamı ilə bu gün N.Quliyev vəzifəsindən azad edilib.