Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Valeh Rəcəbov vəfat edib.
Bizimaz.az: Report xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mərhumun cənazəsi bu gün saat 12-də Bakıxanov qəsəbəsində (Sabunçu Rayon İcra Hakimiyyətinin binasının arxasındakı həyətdən) götürüləcək və Qurd Qapısı qəbirstanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, V.Rəcəbov Azərbaycan Ordusu sıralarında müxtəlif vəzifələrdə xidmət keçib. Müdafiə Nazirliyinin Bərdə Hərbi Birləşməsinin şəxsi heyət üzrə komandir müavini işləyib. Sonuncu iş yeri Müdafiə Nazirliyinin idarələrindən biri olub.